📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Skopyedə görüşəcəklər?

2023-11-30 14:35:39

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Skopyedə görüşəcəklər?

ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü nəzərdə tutulmayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan XİN-in Mətbuat Xidmətindən məlumat verilib.

“ATƏT nazirlərinin Skopye forumu çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır”, - deyə məlumatda bildirilib.

oxu.az