📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Ermənistan XİN başçılarının Stokholmda görüşü baş tuta bilər

2021-12-02 11:27:00

Azərbaycan və Ermənistan XİN başçılarının Stokholmda görüşü baş tuta bilər

Ermənistan və Azərbaycan XİN nazirləri Ararat Mirzoyan ilə Ceyhun Bayramovun ATƏT-in 28-ci nazirlər iclası çərçivəsində görüşü keçirilə bilər. Bu barədə erməni media resursları Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyana istinadla bildirir.

Bundan əvvəl də AŞ-nın “Şərq tərəfdaşlığı” fəaliyyət proqramının Avropa xarici xidmət direktoru Lyuk Devayn bəyan etdmişdi ki, Ermənistan və Azərbaycan XİN başçıları 2 dekabr tarixində Stokholm şəhərində görüşəcək.

Ülviyyə, Hurriyyet.az