📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hərtərəfli həll yolunda mühüm addımdır"

2022-07-19 00:10:00

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Tbilisidə baş tutan görüş hərtərəfli həll yolunda mühüm addımdır".

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel tviter hesabında qeyd edib.

"Normallaşmaya, barışığa yalnız birbaşa dialoqla nail olmaq mümkündür", - Borrel vurğulayıb.

Borrel bildirib ki, Avropa İttifaqı sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə maraqlıdır.

 

Report