📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin müavinləri Cenevrədə görüşdü

2026-02-24 17:29:41

Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin müavinləri Cenevrədə görüşdü

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri Elnur Məmmədovla Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.