Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığı müzakirə ediblər
2024-07-26 11:24:45
Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Belə ki, Daşkənddə Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə Azərbaycan XİN-dən xəbər verilib. Müzakirələrdə siyasi, iqtisadi və nəqliyyat sahələrindəki məsələlər müzakirə edilib, birgə layihələrə baxış keçirilib, iki ölkə arasında imzalanmış sənədlərin inventarlaşdırılması aparılıb.
Ülviyyə, Hurriyyet.az