📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Özbəkistan prezidentləri GÖRÜŞDÜ

2022-11-10 17:45:00

Azərbaycan və Özbəkistan prezidentləri GÖRÜŞDÜ

Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilir.

Hurriyyet.az olke.az-a istinadən xəbər verir ki, iki dövlət başçısı arasında görüş Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində təşkil olunub.

Görüş zamanı dövlət başçılarının avtomobil, kənd təsərrüfatı, enerji sektoru, kimya və neft-qaz sənayesi sahələrində əməkdaşlıq layihələrini müzakirə etməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.