Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq planı İMZALANDI
2023-10-06 15:34:08
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.
Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Sənədi oktyabrın 6-da Bakıda müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov imzalayıb.
Qeyd edək ki, R.Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.