📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə ediblər

2024-10-04 13:52:50

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə ediblər

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə ediblər. Bu barədə nazir Nəbiyevin X hesabında məlumat verilib. 
Belə ki, məlumata görə, Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Nəbiyev türkiyəli həmkarı Uraloğlu ilə görüşüb. “Orta Dəhliz”in tranzit və nəqliyyat potensialının artırılması üzrə qarşıda duran birgə işlər, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inkişafı müzakirə edilib.

Ülviyyə, Hurriyyet.az