Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir
2023-01-07 15:58:00
Azərbaycan və Türkiyə hərbçiləri birgə hərbi təlim keçirəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
““QIŞ-2023” hərbi təlimində iştirak edəcək Azərbaycan silahlı qüvvələrinin qəhrəman hərbçiləri Qarsa çatıb. Qardaşlarımıza xoş gəldin deyir, onlara birgə keçirəcəyimiz “QIŞ-2023” hərbi təlimdə uğurlar diləyirik”, - məlumatda qeyd olunub. (qafqazinfo)