📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin TƏMƏLİNİ QOYDULAR

2021-10-26 15:23:00

Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin TƏMƏLİNİ QOYDULAR

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlini qoyublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verdi