📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan və Türkiyədən Ermənistan üçün təhlükə yoxdur" - JİRAYR LİPARİTYAN

2021-12-15 13:23:00

"Mən həmişə razı olmuşam ki, bütün qonşularımızla münasibətlərimiz normallaşsın". Hurriyyet.az ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın birinci prezidentinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə keçmiş müşaviri Jirayr Liparityan deyib.

Liparityan erməni jurnalistin "Türkiyə və Azərbaycandan Ermənistan üçün təhlükə görürsünüz?" sualına "Xeyr" cavabını verib. "Həqiqətənmi Türkiyə və Azərbaycandan təhlükələr yoxdur?" sualına cavab olaraq erməni siyasi xadim bildirib: "Sizin sualınızda fərziyyələr var, onlar yanlışdır".

Liparityan Daşnaksütun partiyasının Ermənistan üzrə rəhbərlərindən biri olan Artsvik Minasyana da cavab verib. "Artsvik Minasyan otuz il Ermənistanda yaşayıb, deyir kəsiləcəyik, kəsilib?", - deyə o bildirib.