📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Vətən Müharibəsi barədə serial çəkən Türkiyə şirkətinə 1 milyon dollar ödəyəcək

2022-08-25 14:18:00

Azərbaycan Vətən Müharibəsi barədə serial çəkən Türkiyə şirkətinə 1 milyon dollar ödəyəcək

Mədəniyyət Nazirliyi "Qarabağ Vətən Müharibəsi" şərti adlı 8 serialı bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Hurriyyet.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi Türkiyənin “Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi”dir.

Qalib şirkətə 1,7 milyon manat (1 milyon ABŞ dolları) ödəniləcək.

Serialın ilk bölümünün bu il noyabrın 8-də - Zəfər Günündə yayımlanması nəzərdə tutulub.

"Bozdağ film" studiyası Türkiyənin "Kuruluş Osman", "Destan", "Mehmetçik" və s. bir sıra məşhur serialların istehsalçısıdır.