Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər öldü
2026-10-12 14:40:10
Rusiyanın Kalmıkiya Respublikasının Sarpinski rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.net Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Elistaya gedən magistral avtomobil yolunun 120-ci kilometrliyində qeydə alınıb.
Belə ki, DAF markalı yarımqoşqulu yük avtomobilinin sürücüsü, 40 yaşlı Azərbaycan vətəndaşı yolun təmizlik işçisini vurub.
Qəza nəticəsində 41 yaşlı yerli işçi hadisə yerində ölüb, yarımqoşqulu yük maşını isə yoldan çıxaraq aşıb. Yükün bir hissəsi isə yola dağılıb.
Hazırda hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.