Azərbaycan vətəndaşları qonşu ölkədən deportasiya edildi
2025-04-03 14:13:17
Hurriyyet.az xəbər verir ki, Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 97 nəfər əcnəbi deportasiya edilib. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumatda deyilir: "Xarici vətəndaşların bir qismi Gürcüstanı könüllü olaraq tərk edib, digərləri isə Miqrasiya Departamentinin tədbirləri nəticəsində icbari şəkildə ölkədən çıxarılıb. Qanuna uyğun olaraq, məcburi çıxarılmış şəxslərə ölkəyə gəlmək qadağan edilib".
Gürcüstandan qovulan 97 nəfər arasında Hindistan, Belarus, Çin, Tacikistan, Azərbaycan, Rusiya, Banqladeş, ABŞ, İraq, İran, Nigeriya, Türkmənistan, Türkiyə, Misir, Pakistan, Kamerun, İordaniya və Qırğızıstan vətəndaşları var.
Hürr Tərcüman