📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan vətəndaşlarının Ermənistanda altı ədəd daşınmaz əmlakı var” – Ermənistan Kadastr Komitəsi

2022-02-15 13:45:00

“Azərbaycan vətəndaşlarının Ermənistanda altı ədəd daşınmaz əmlakı var” – Ermənistan Kadastr Komitəsi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Azərbaycan vətəndaşlarının Ermənistanda daşınmaz əmlakın qeydə alınması ilə bağlı son 11 il ərzində 6 sövdələşmə imzaladığı barəsində məlumat yayılıb. Bu barədə açıqlamanı Ermənistanın Kadastr Komitəsi verib.  

“Sputnik Ermənistan” informasiya agentliyinin sorğusunun cavabında Kadastr Komitəsi belə bir açıqlama verib: “2010—2021-ci illərində Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak hüququnun qeydə alınması ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 müqavilə imzalayıblar”.

Qeyd olunub ki, 2012 (2), 2018, 2019-cu illərdə Azərbaycan Respublikası vətəndaşları Ermənistanda mənzillər alıblar, 2012-ci ildə isə bir mənzil hədiyyə edilib. Həmçinin, bir ictimai obyekt satın alınıb.

Türkiyə vətəndaşları isə həmin müddət ərzində Ermənistanda 53 mənzil satın alıblar, birini hədiyyə alıblar, bir ədədini isə dəyişiblər. Bundan başqa, onlar 5 ədəd şəxsi ev, qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi alıblar.

Hürr Tərcüman