Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı müraciət olub? - RƏSMİ AÇIQLAMA
2024-10-08 10:14:49
Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı diplomatik nümayəndəliyə müraciət olmayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da vətəndaşlarını Livandan təxliyə edəcək. Buna səbəb Yaxın Şərqdə gərginləşən vəziyyətdir.