"Azərbaycan Xankəndi, Ağdərə, Xocalı və Xocavəndə nəzarəti bərpa edəcək" - POLİTOLOQ
"Separatçılar silahı yerə qoymur və müqavimət göstərirlər, bununla da Qarabağda yaşamaq hüquqlarının üstündən xətt çəkirlər"
"Qarabağda etnik ermənilərə bundan sonra qəti şəkildə hər hansı müstəsna hüquq və təhlükəsizlik verilməyəcək". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, separatçılar silahı yerə qoymur və müqavimət göstərirlər, bununla da Qarabağda yaşamaq hüquqlarının üstündən xətt çəkirlər: "Azərbaycan xalqına o qədər böyük nifrət və düşmən münasibəti bəsləyirlər ki, bilirlər son günləridir, yenə də dayanmaq istəmirlər, şərtlə danışırlar. Qarabağda bundan sonra silahlı erməni qalmamalı və bu ərazilər tam silahsızlaşdırılmalıdır".
Politoloq əlavə edib ki, Azərbaycan Xankəndi, Ağdərə, Xocalı və Xocavəndə nəzarəti bərpa edəcək.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az