📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan xilasediciləri sonadək qaldı - Çavuşoğlu

2023-03-12 00:03:00

Azərbaycan xilasediciləri sonadək qaldı - Çavuşoğlu

Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Gecə-gündüz yerli xilasedicilər çalışır. Xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb. Ən son zəlzələ bölgəsini tərk edən can Azərbaycandan olan xilasedicilər olub. Onlar da işlərini başa çatdırıb geri qayıdıblar", - Çavuşoğlu qeyd edib. \\Axar.Az