📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verdi

2023-01-25 13:32:00

Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verdi

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin  rəsmi təmsilçisi amerikalı həmkarı Ned Praysın Laçın yolu ilə bağlı sözlərinə cavab verib, ABŞ-ın erməni tərəfini öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz fəaliyyətini dayandırmağa çağırmasının daha doğru olacağını bildirib.

Ayxan Hacızadə “Tvitter” səhifəsində yazıb: “Hörmətli Dövlət Departamentinin sözçüsü, Azərbaycanın Qarabağ bölgəsinə 1000-dən çox avtomobilin yük daşıması sizin yanvarın 24-də dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öz öhdəliklərini yerinə yetirməyə və qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi”.

Yanvarın 24-də ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Ned Prays brifinq zamanı Azərbaycanın “Laçın yolunu blokadaya salması” kimi qondarma iddia ilə çıxış edərək, "bunu dayandırmağa" çağırıb.

Hürr Tərcüman