📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

2025-01-11 09:29:17

Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir.

Hurriyyet.az xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki səhifəsində yer alıb.

“Birləşmiş Ştatların hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bütün xəsarət alanların tezliklə sağalmalarını arzu edirik”, - paylaşımda qeyd olunur.