📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan XİN Ararat Mirzoyanın iddialarını təkzib edib

2023-02-09 17:44:00

Azərbaycan XİN Ararat Mirzoyanın iddialarını təkzib edib

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın yaxın gələcəkdə görüşmələrinə dair hələ ki, məlumat yoxdur”.

Hurriyyet.az xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, görüşlə bağlı məlumat hələ ki, təsdiqlənməyib.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 8-də bildirmişdi ki, yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüş planlaşdırılır.