Azərbaycan XİN Avstriyaya cavab verib: “Laçın yolu açıqdır”
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avstriya XİN rəhbərinin iddialarına cavab verib.
Hurriyyet.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Cənab nazir, Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir. Təkcə 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib. “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur”, - paylaşımda bildirilib.
Mr. Minister, the #Lachin road is open & freedom of movement is ensured. Only between 12 December 2022 and 15 December 644 vehicles of ICRC, the Russian peacekeeping contingent, and local Armenian residents passed in both directions. Claims about the “blockade” have no grounds! https://t.co/PCDdqwLNPs
— Aykhan Hajizada (@Aykhanh) January 18, 2023
Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.
yeniavaz.com