📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan XİN-dən tarixi qərarla bağlı - Açıqlama

2022-11-19 13:30:00

Azərbaycan XİN-dən tarixi qərarla bağlı - Açıqlama

 

“Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub.

“Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək”, - nazirliyin paylaşımında bildirilir.