Azərbaycan XİN Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
2023-10-13 15:33:16
Mina qurbanlarının sayı 333 nəfərə çatıb. Bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb.
Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır",- paylaşımda qeyd olunub.