📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan XİN Gürcüstanın “parlament seçkiləri”ni tanımadığını bildirdi

2024-06-09 14:51:49

Azərbaycan XİN Gürcüstanın “parlament seçkiləri”ni tanımadığını bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə dair bəyanat yayıb.
Hürriyyət.az APA-ya istinadən xəbər verir ki, bəyanatda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımadığı vurğulanıb.