📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan XİN Paşinyanın tvitterdəki paylaşımını retvit etdi - Foto

2022-10-17 14:16:00

Azərbaycan XİN Paşinyanın tvitterdəki paylaşımını retvit etdi - Foto

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan hökumətinin başçısı Nikol Paçinyanın Naxçıvana keçid məntəqələrinin açılması ilə bağlı tvitterdəki paylaşımına retvit edərək cavab verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil”, - paylaşımda bildirilib.