📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan XIX əsr iqtisadiyyatına, pambıq və tütün istehsalına qayıdır" - XAQANİ CƏFƏRLİ

2021-11-08 11:19:00

"Siyasi islamın güclənməsi ilə bir qədər də geriyə, məsələn XIII əsrin qaranlığına yuvarlanmağımız da qaçılmaz olacaq"

"Adambaşına düşən ümumi daxili məhsula (ÜDM) görə dünya liderlərindən biri, Rusiya və İrandan sonra ən böyük təbii qaz ehtiyyatlarına malik, dünya qaz bazarında sığılmış qaz satışında lider olan Qətər dünya iqtisadiyyatında baş verən transformasiyaya uyğun olaraq iqtisadi prioritetlərini dəyişir. Bir neçə il əvvəl qəbul edilmiş “Qatar Nation Vision 2030” proqramı ultramüasir “bilik iqtisadiyyatı”nın yaradılmasını nəzərdə tutur". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq qeyd edib ki, BP-nin məlumatına görə, Qətərin təbii qaz ehtiyyatları Azərbaycanın qaz ehtiyyatlarından 13-14 dəfə, OPEK-in hesablamalarına görə isə 17 dəfə çoxdur: "Əhalisi Azərbaycanın əhalisindən 5 dəfə az olan Qətər iqtisadiyyatının prioritetlərini dəyişərək enerji daşıyıcılarının istismarı və ixarcına əsaslanan iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçid edir, məhdud enerji ehtiyyatları azalmaqda olan ölkəmiz isə XIX əsr iqtisadiyyatına, pambıq və tütün istehsalına qayıdır. Gələcək əvəzinə keçmişə qayıdışın bircə səbəbi var: Azərbaycanda XIX əsr düşüncəsi hakimdir".

Xaqani Cəfərli hesab edir ki, siyasi islamın güclənməsi ilə bir qədər də geriyə, məsələn XIII əsrin qaranlığına yuvarlanmağımız da qaçılmaz olacaq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az