📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu

2026-02-06 20:09:50

Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

"Unikal" AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.