📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycana 6 kq-dan artıq narkotik vasitə keçirmək istədilər

2026-10-05 19:52:02

Azərbaycana 6 kq-dan artıq narkotik vasitə keçirmək istədilər

Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Hurriyyet.net  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin - 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.