📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik

2025-05-14 14:13:24

Azərbaycana bu sazişə qoşulmağı təklif edəcəyik

Azərbaycan yaxın zamanda “İbrahim sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart” nəşrinə müsahibəsində bildirib.

Onun fikrincə, növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya, Livan qoşula bilər.