📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycana gətirilən maşınların aksiz vergi dərəcələri artırıldı

2022-02-02 10:16:00

Azərbaycana gətirilən maşınların aksiz vergi dərəcələri artırıldı

Azərbaycanda avtomobillərin mühərrikin həcmi və istehsal tarixinə görə aksiz dərəcələrində dəyişiklik olub.

Hurriyyet.az-ın məlumatına görə, mühərrikin həcmi 3.000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri dəyişdirilib.

Belə ki, Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə münasibətdə 1,2; dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.