📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycana məxsus TIR Ermənistanda - FOTO

2024-07-16 11:15:30

Azərbaycana məxsus TIR Ermənistanda - FOTO

Ermənistanın Baqrataşen-İcevan kəsişməsində Azərbaycana məxsus TIR görünüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Belə ki, 99 ZX 491 dövlət qeydiyyat nişanlı yük maşını Tavuş vilayətinin İcevan şəhəri istiqamətində hərəkət edib.

"Birinci dəfədir ki, belə şey görürəm, amma Baqrataşendə deyirlər ki, son vaxtlar tez-tez belə şeylər görünür", - deyə qeyd olunub.

Ermənilərdən biri TIR-ın sərhədi keçdikdən sonra Azərbaycan nömrələrinin rus nömrələri ilə əvəz olunduğunu görüb: "Onlar meşəlik ərazidə saxlayıb, nəqliyyat vasitəsinin nömrələrini rus nömrələri ilə əvəzləyiblər".

(Unikal)