Azərbaycana nə qədər turist gəlib?
2022-11-03 20:22:00
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici turistlərin sayı 118% artaraq 1 323 416 nəfərə çatıb.
"Hurriyyet.az" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu ilin oktyabr ayı ərzində ölkəyə 160 467 turist gəlib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 76% çoxdur.
Əlavə edək ki, oktyabr ayı ərzində Azərbaycana gələn turistlərin 33,7%-i, yəni 54,1 mini Rusiyanın payına düşür. Bu sıralamada ikinci yeri 28,3 min nəfərlə Türkiyə, üçüncü yeri isə 15,3 min nəfərlə İran tutur.