📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib" - ELXAN ŞAHİNOĞLU

2023-12-06 11:38:08

"1990-cı illərdə də belə idi, torpaqlarımız ard-arda işğal olunurdu, soyqırımlar baş verirdi, yüzminlərlə soydaşımız yurdlarından qovulurdu, ancaq beynəlxalq mediada bizi təqsirkar çıxarırdılar, informasiya blokadasında idik"

"Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib, son bir neçə gündə təxribat məqsədilə yayımlanan xəbərlərə diqqət yetirək: 1. "Azərbaycanın açdığı atəş nəticəsində erməni hərbçi ölüb"; 2. "Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Jozep Borel 150 min (?!) erməninin zorla Qarabağdan çıxarıldığını bildirib"; 3. "Azərbaycan Ukraynaya mərmi göndərib". Bunların yalan olduğunu biz bilirik, ancaq bu dezinformasiyalar geniş auditoriyası olan xarici media qurumlarında yayımlanır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, 1990-cı illərdə də belə idi, torpaqlarımız ard-arda işğal olunurdu, soyqırımlar baş verirdi, yüzminlərlə soydaşımız yurdlarından qovulurdu, ancaq beynəlxalq mediada bizi təqsirkar çıxarırdılar, informasiya blokadasında idik: "Sonrakı illərdə informasiya blokadasanı yarsaq da, ikili standartlardan qurtulmamışıq. Bütün hallarda informasiya işində fəallığı artırmalıyıq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az