📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətində şübhəli bilinən 7 nəfər SAXLANILDI

2023-01-18 10:44:00

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətində şübhəli bilinən 7 nəfər SAXLANILDI

"2022-ci il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilərək saxlanılıb".

Hurriyyet.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.

Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 6 nəfər şəxs saxlanılıb, 11 nəfəri müəyyən edilib.

DSX rəisi bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20, qaçaqmalçılıqla məşğul olan 7 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, ölkədə dini radikalizmi təbliğ edən 32 Azərbaycan vətəndaşı müəyyənləşdirilib.

Bizim.Media