Azərbaycana və onun Prezidentinə qarşı sərsəmləyən iranlı professorun, “Bakı hakimiyyətinin ilhaqçı planı nədir?” başlıqlı sərsəm müsahibəsi...
Azərbaycana və onun Prezidentinə qarşı sərsəmləyən Tehran Universitetinin professoru Həmid Əhmədi etik qayda çərçivəsindən çıxmaqla həddini aşaraq, İranın “Donyaye-eqtesad” saytında, “Bakı hakimiyyətinin ilhaqçı planı nədir?” başlıqlı müsabhə verib.
Professor Həmid müsahibəsində Azərbaycanın media və hakimiyyət orqanlarının son günlər İrana qarşı fəaliyyətlərini "araşdırıb". Hərçənd mədh etdiyi ölkəsinin "şiə qardaşı" saydığı Azərbaycana qarşı "ikibaşlı və ikiüzlü" siyasətini araşdırsaydı tədqiqat mövzusuna daha çox töhfə vermiş olardı. O, ikinci Dünya Savaşından sonra Azərbaycanda ilhaqçılıq ideologiyasının tarixi köklərinə toxunaraq, Azərbaycan Respublikası adlanan bölgəsəl qurumun pantürkizm ideologiyasının yetişdirdiyi Böyük Türküstan layihəsinin məhsulu olduğunu bildirib. Yazıda deyilir:
"Bakının İranın şimal-qərb bölgələrini İrandan qoparmaq iddiaları yenidən Tehranı bəzi məsələlər haqda düşünməyə vadar edir ki, görəsən, bu layihəni Azərbaycan təkcə özü həyata keçirmək istəyir yoxsa Türkiyə ilə birlikdə? Bu birləşdirmə istəyi hansı tarixi dönəmdən qaynaqlanır və bu təhlükəli layihə qarşısında İranın reaksiyası necə olmalıdır? Hər halda, Bakı Ərdoğanın oyuncağı deyil, özü birləşdirmə istəyində olan oyunçudur və İranın düşmənidir. İrana qarşı ərazi iddiası var və ölkəmizin parçalanmasının tərəfdarıdır. İran ətalətdə olmamalıdır. İran öz iqtisadi və hərbi qüdrətini artırmaqla qarşı rətəfin belə hədələyici addımlarını heçə endirməlidir.
Türkiyənin bu iddiaların ortaya atılmasında heç rolu yoxdur?
Çox tez və aydın şəkildə bəli və ya yox demək olmaz. Bunun səbəbi bütün bu müzakirələrin 19-cu əsrin sonlarında Çar Rusiyasında pantürkizm və panturanizm ideologiyasının yaranması və Osmanlı imperiyasına yayılmasıdır. Sonra, bu ideologiya Osmanlı imperiyası və hətta Çindən Avropaya qədər ərazini əhatə edən imperiya arzusunda olan gənc türklərin rəsmi ideologiyasına çevrildi. Bu xəyali imperiyanın adını Turan qoydular. Bu səbəbdən, indiki Azərbaycan ərazisi və İranın şimal sərhədləri pantürkizm və panturanizm ideologiyasının bu xəyallar diyarının bir hissəsi olub. Ona görə də bu işin banisi və təşəbbüskarı Osmanlı İmperiyası olsa da, sonradan Azərbaycan onun ardınca getdi. Əsasən Azərbaycan Cümhuriyyəti adlanan regional struktur pantürkizm ideologiyasının bəslədiyi Böyük Türküstan layihəsinin məhsuludur. Eləcə də, 1918-ci ildə Qafqazın İrana məxsus müsəlman əhali yaşayan bölgəsinə Azərbaycan Respublikası adının verilməsi də Osmanlının əsas rol oynadığı bu layihənin başlanğıcı oldu.
Bu gün Əliyev bir mənada Ərdoğanın bəlkə də oyuncağı, başqa mənada özü də aktor ola bilər. oyuncaq, o baxımdan ki, Türkiyə bölgədə və dünyada güclü bir dövlətdir və iqtisadi vəziyyəti yaxşıdır. Ona görə də, Bakı Türkiyəyə arxalanaraq hədəflərini, arzularını və ideologiyasını reallaşdırmağa çalışır.
Amma İlham Əliyevin Ərdoğanın əlində oyuncaq olduğunu demək olmaz. Çünki qeyd olunduğu kimi, bu işin tarixi presedenti var, yəni burada İlham Əliyevdən başqa onun atası Heydər Əliyev də olub, hətta ondan 45 il əvvəl Kommunist Partiyasının Bakı rəhbəri Mircəfər Bağırovun da ilhaqçı meylləri olub.
Hazırda Azərbaycan ilə Ermənistan arasındakı mübahisədə İran öz neytrallığını qorumalıdır. Tehran bu istiqamətdə cəhd etsə də, pantürkist cərəyanlar o qədər təbliğat aparıblar ki, guya İran azərbaycanlılara qarşı erməniləri tam dəstəkləyir. Ancaq bu belə deyil və təfərrüatlar fərqlidir.
Sizcə, Zəngəzur dəhlizinin, eləcə də Bakının ilhaqçılıq meylləri məsələsinin İranın milli təhlükəsizliyi üçün həssas məsələlərdən biri olduğunu nəzərə alsaq, İranın Qarabağda hərbi mövcudluq məsələsi üzərində düşünməsi və vəziyyəti ermənilərin xeyrinə dəyişmək daha yaxşı deyilmi? Belə yanaşma İranla Rusiya arasında qarşıdurma riskinə səbəb olmayacaq?
Hərbi mövcudluğu ilə bir tərəfin lehinə hərəkət etmək İranın siyasətinə uyğun deyil; Münaqişə olarsa və onun nəticələri İran üçün zərərli olsa, belə bir vəziyyətdə bu addımı atmaq olar, amma indiki şəraitdə biz daha çox siyasi fəaliyyətə və sərhədlərdə güclü hərbi mövcudluğa üstünlük verməliyik”.
P.S. Göründüyü kimi Azərbaycanın güclənməsiylə yuxusuna haram qatılmış İran professorun da ifadə etdiyi kimi "İranın Qarabağda hərbi mövcudluq məsələsi üzərində düşünməsi və vəziyyəti ermənilərin xeyrinə dəyişmək daha yaxşı deyilmi? sualına cavab axtarır...
Ülviyyə, Hurriyyet.az