📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - FOTO - İDDİA

2022-10-05 11:14:00

Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - FOTO - İDDİA

Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən satılması barədə iddia yayılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

İddia edilir ki, rayonun Qaraağac kənd sakini Günəş Orucova Əli adlı 40 yaşlı kişiyə satılaraq ərə verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı yerli polis orqanı tərəfindən müvafiq araşdırmalar aparılır.