📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda 2 futbolçu danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edildi

2023-01-19 15:48:00

Azərbaycanda 2 futbolçu danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edildi

Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

Hurriyyet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.