📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda 25 min uşaq koronavirusa necə yoluxub? - RƏSMİ AÇIQLAMA

2021-08-25 11:17:00

Azərbaycanda 25 min uşaq koronavirusa necə yoluxub? - RƏSMİ AÇIQLAMA

"Uşaqlar koronavirusu çox yüngül keçirirlər. Çox zaman isə simptomsuz olur. Biz bu ağırlaşmaları uşaqlarda görmədiyimizə görə bizə elə gəlir ki, onlar COVID-19-a yoluxmur. Amma yüngül keçirdikləri üçün bu cür rəqəmin olması normaldır".

HURRİYYET.az xəbər verir ki, bunu "ARB24" kanalında yayımlanan "Gündəm" verilişində qonaq olan Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə bildirib.

O əlavə edib ki, uşaqlar arasında koronavirusu ağır keçirən və ölüm hallarına rast gəlinməyib.