📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda 4-cü doza vaksin vurulacaq? - AÇIQLAMA

2022-07-29 16:40:00

Azərbaycanda 4-cü doza vaksin vurulacaq? - AÇIQLAMA

"Peyvənd yoluxma zəncirini qırmaq üçün lazımdır. Ola bilsin ki, 4-cü doza vaksin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "buster" doza şəklində tövsiyə olunsun".

Hurriyyet.az xəbər verir ki, bunu açıqlamasında tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, peyvənd tədricən önəmini itirəcək.

"Çünki koronavirusun indiki ştamı daha çox yeni bir formadır. Gərək əvvəlki vaksinlər müəyyən modifikasiya olunsun ki, yeni ştama da təsir etsin. Hesab edirəm ki, buna ehtiyac olmayacaq. Azərbaycanda 4-cü doza vaksinin olmasına lüzum görmürəm".