📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda 707 nəfər narkotik asılılığından müalicə alır

2026-03-18 12:12:17

Azərbaycanda 707 nəfər narkotik asılılığından müalicə alır

Azərbaycanda metadonla əvəzedici müalicə proqramı üzrə 707 nəfər narkotik asılılığından müalicə alır.

Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu ilin iki ayı ilə bağlı yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, bunlardan 284 nəfəri Respublika Narkoloji Mərkəzində, 300 nəfəri QİÇS-lə Mübarizə Mərkəzində, 123 nəfəri Sumqayıt Narkoloji Mərkəzində müalicə alır.