📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda 8 yol qəzası: 3 nəfər öldü

2023-03-09 10:02:00

Azərbaycanda 8 yol qəzası: 3 nəfər öldü

Bayram günü Azərbaycanda yol qəzalarının sayı açıqlanıb.

Bu barədə Hurriyyet.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, martın 8-də respublikanın avtomobil yollarında ölüm və xəsarətlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

"Nəticədə 3 nəfər ölüb. Hadisələrin biri piyadavurma, ikisi isə toqquşma olub".