📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda 9 kəndin qaz təchizatı dayandırılıb

2022-08-15 20:01:00

Azərbaycanda 9 kəndin qaz təchizatı dayandırılıb

Şabran rayonunda baş verən yanğına görə 9 kəndin qaz təchizatı dayandırılıb.

Bu barədə Hurriyyet.az-a  “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəlada vəziyyət elan olunub. Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.