📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda ağır qəza: 10 nəfər xəsarət aldı

2024-07-22 21:33:13

Azərbaycanda ağır qəza: 10 nəfər xəsarət aldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus, əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub.

Hurriyyet.Az axar.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda olan 10 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Təcili Tibbi Yardım avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.