Azərbaycanda ağır qəza, ölənlər var
2022-01-04 11:10:00
Goranboy rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nizami kəndində baş verib.
İlkin məlumata görə, "Mercedes" markalı avtomobilin aşması nəticəsində rayon sakini 1967-ci il təvəllüdlü Qarayev Mahir Tapdıq oğlu və hələlik şəxsiyyəti dəqiqləşdirilməyən daha bir nəfər vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb.