📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda AİLƏ DRAMI: arvadının şantaj etdiyi kişi özünü yandırdı - TƏFƏRRÜAT

2025-05-28 16:12:45

Azərbaycanda AİLƏ DRAMI: arvadının şantaj etdiyi kişi özünü yandırdı - TƏFƏRRÜAT

Biləsuvar rayonunda vətəndaş nikahında olan şəxs qadının şantajına etiraz edərək intihara cəhd edib.

Hurriyyet.az xəbər verir ki, mayın 28-da gecə saatlarında 2017-ci ildən qeyri-rəsmi münasibətlərində olduğu rayon sakini Mirişov Elvin həyat yoldaşı hesab etdiyi qadının onunla bağlı böhtanlarından əsəbləşərək üzərinə yandırıcı maye törərək həyatına qəsd etməyə cəhd edib.

Ətrafda olan şəxslərin köməyi ilə yanğının qarşısı alınaraq o, xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə oraqanıarında araşdırma aparılır.

lent.az