Azərbaycanda AİLƏ DRAMI: Qadın anasına 6 bıçaq zərbəsi vurdu
2022-04-18 10:19:00
Sumqayıtda qadın anasını bıçaqlayıb.
Hurriyyet.az xəbər verir ki, şəhər sakini 1986-cı il təvəllüdlü Günel Əliyeva onunla yaşayan anası, 1957-ci il təvəllüdü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub.
Zemfira Əliyeva xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanılıb.
Bizim.Media