📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda alim qəfil öldü - Foto

2025-02-04 12:37:51

Azərbaycanda alim qəfil öldü - Foto

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədliyə ağır itki üz verib.

Hurriyyet.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, onun həyat yoldaşı, filologiya elmləri doktoru Nəzakət Məmmədli vəfat edib.

Onun ötən gün axşam saatlarında 53 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Nəzakət Məmmədli AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutununda baş elmi işçi vəzifəsində çalışırdı.