📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycanda alman dilini öyrənmək istəyən çox insan var”

2026-11-18 14:51:54

“Azərbaycanda alman dilini öyrənmək istəyən çox insan var”

“Həm dünən, həm də bu gün Bakıda intensiv danışıqlar apardıq”.

Hurriyyet.net  xəbər verir ki, bunu Almaniyanın XİN rəhbəri Yohan David Vadeful Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində əməkdaşlığa böyük potensial mövcuddur: “Azərbaycanda alman dilini öyrənmək istəyən çox sayda insan var”.

Alman nazir Cənubi Qafqazın avropalılar üçün bir şans regionu olduğunu və Azərbaycanın burada əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, hazırda Avropa Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji sahəsinin diversifikasiyası üçün yeni imkanlar, yollar axtarır. Bu xüsusda isə o, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini xatırladıb və ölkəmizin çox önəmli tərəfdaş olduğunu vurğulayıb.