📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda ana və 2 uşağının evdən meyitləri tapıldı

2024-03-11 12:35:47

Azərbaycanda ana və 2 uşağının evdən meyitləri tapıldı

Masallıda 3 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Hurriyyet.az APA-ya istinadən bildirir ki, martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı qeyd olunan evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və da